Bakıda bu yolda rənglənmə aparılacaq

Bakıda bu yolda rənglənmə aparılacaq
Hadisə 393

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək Azneft meydanından Su idmanı sarayına qədər olan hissədə, hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat daxil olub.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Oxşar xəbərlər

Son xəbərlər