Bakıda bu yolda rənglənmə aparılacaq

Bakıda bu yolda rənglənmə aparılacaq
Hadisə 393

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün saat 22:00-dan başlayaraq səhər saatlarınadək Azneft meydanından Su idmanı sarayına qədər olan hissədə, hər iki istiqamət üzrə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılacaq.

BAKU.WS xəbər verir ki, bu barədə Trend-ə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat daxil olub.

Bu üzdən sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

DİQQƏT! Bakıda bu yol sürüşmə səbəbindən hərəkətə bağlandı

DİQQƏT! Bakıda bu yol sürüşmə səbəbindən hərəkətə bağlandı

Yolda baş vermiş sürüşmə ilə əlaqədar olaraq Bibiheybət məscidindən şəhər istiqamətinə yeni yol ilə hərəkət müvəqqəti məhdudlaşdırılıb. BAKU.WS "oxu.az"a istina...

1034 Hadisə 19:48 24 noyabr 2019

Son xəbərlər