Sürücülərə xəbərdarlıq edildi

Sürücülərə xəbərdarlıq edildi
Hadisə 9
Magistral avtomobil yolunda rənglənmə işləri aparılacaq."Azəravtoyol” ASC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, qurum tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.Belə ki, bu gün saat 10:00-dan etibarən Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 11-71-ci km-lik hissəsində (hər iki istiqamət) üfüqi nişanlanma xətlərinin yenidən çəkilişi işləri aparılacaq.Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq sürücülərdən sözügedən ərazidə diqqətli olmaları xahiş olunur.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Saat 22:00-dan sonra Bakının bu küçəsinə getməyin

Saat 22:00-dan sonra Bakının bu küçəsinə getməyin

"Azəravtoyol” ASC tərəfindən nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərini...

4718 Hadisə 13:37 14 oktyabr 2017

Son xəbərlər