Zağulba prospektində nəqliyyatın hərəkəti mədudlaşdırılacaq
09
okt
2017
11:58
"Azəravtoyol” ASC tərəfindən avtonəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yolcizgi və yolgöstərici xətlərinin yenidən rənglənməsi və yenilərinin çəkilməsi işləri davam etdirilir.ASC-dən BAKU.WS-ə verilən məlumata görə, 9 və 10 oktyabr tarixlərində saat 11:00-dan axşam saat 18:00-dək Xəzər rayonu Zağulba prospektində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.Adı çəkilən ərazidə işlərin aparılması ilə əlaqədar olaraq avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən mədudlaşdırılacaq (yol bağlanmayacaq).Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq.BAKU.WS
Oxşar xəbərlər
Bakınını əsas prospekti iki saat bağlı olacaq
Bu gecə İstiqlaliyyət küçəsində və Neftçilər prospektində rənglənmə işləri davam etdiriləcək."Azəravtoyol” ASC-dən BAKU.WS-ə verilən məlumata görə, ASC tərəfind...