Metroda uşaqların oğurlanması xəbəri ilə bağlı DİN-dən AÇIQLAMA

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
DİN-in Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, uşaqların oğurlanması xəbəri həqiqəti əks etdirmir.
“Qara Qarayev metrostansiyası yaxınlığında bir kişi mağazadan yağ oğurlayıb. Daha sonra həmin mağazanın satıcısı onun arxası ilə qaçıb. Yağ oğurlayan şəxs Qara Qarayev metrostansiyasının platforması istiqamətinə qaçıb. Orada da onun aşyaşlı uşaqları olub. Sonra əraziyə polis əməkdaşları gəlib. O, yağı geri qaytarıb, mağaza satıcısı da ondan şikayətçi olmayıb. Həmin şəxs də sərbəst buraxılıb”, - deyə, məlumatda qeyd edilib.
Xatırladaq ki, sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı məlumat yayılıb.
Oxşar xəbərlər
Məktəblilərin “orqan mafiyası” tərəfindən qaçırılması iddiasına RƏSMİ CAVAB
Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkələrdə Bakıda və respublikanın şimal bölgəsində məktəbli uşaqların “orqan mafiyası” tərəfindən qaçırılması barədə yayıl...