Bakıda qızın çantasını oğurlanması anbaan VİDEO-ya düşdü

Bakıda qızın çantasını oğurlanması anbaan VİDEO-ya düşdü
Video
Hadisə 4414
Bakıda jurnalist Ülkər Qasımqızının çantası oğurlanıb. BAKU.WS bildirir ki, zərərçəkənin “Report”a verdiyi məlumata görə, hadisə fevralın 28-də Qara Qarayev prospekti 39/47 ünvanında “Oskar” mebel salonunun qarşısında qeydə alınıb. Ü.Qasımqızının sözlərinə görə, toyu ərəfəsində mebellərə baxmaq üçün həmin salona giriblər: “Maşının qapıları örtülü olsa da, açar ilə bağlanmamışdı. Mebel salonunda olmağımızdan istifadə edən naməlum şəxs avtomobilin arxa oturacağına qoyduğum çantamı götürərək qaçıb. Çantamda mənə məxsus şəxsiyyət vəsiqəsi, evin 2 açarı, maaş kartım, nişanlımın Gürcüstan Respublikasına məxsus ümumvətəndaşlıq pasportu, anama məxsus maaş kartı və digər əşyalar var idi”. Zərərçəkən şəxs Nizami Rayon 25-ci Polis Bölməsinə məlumat verdiyini, hadisənin görüntülərini polisə təqdim etdiyini deyib. Qeyd edək ki, Ülkər Qasımqızı “Xəzər” televiziyasında müxbir vəzifəsində çalışır. BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər