BDU-nun tələbəsi ölümündən qabaq nişanlısına bu sözləri deyib - VİDEO

Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızı Qusarın Xural kəndində torpağa tapşırılıb.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, dəfn mərasimindən sonra mərhumun bibisi oğlu bildirib ki, Xasmətova Şəkər ölümündən qabaq nişanlısı ilə danışıb.
"Axşam qızların ikisinin halı pis olub, qusma halları olub. Təcili tibbi yardım çağırıblar. Gəlib, onlara iynə vuranda dayım qızı deyb ki, mənim başım ağrıyır, mənə də iynə vurun. Ona da yuxu gətirici iynə vurublar. Dayımqızı nişanlısı isə danışanda bunları ona deyib. Bildirib ki, bizə iynə vurdular və indi mən yatıram, başım ağrayır. O, da deyib ki, yaxşı. O yatan yatıb",-deyə mərhum Xasmətova Şəkərin bibisi oğlu vurğulayıb.
Oxşar xəbərlər
Şəkərin dəfnində əmisinin vəziyyəti pisləşdi, Bakıya aparılarkən qəzaya düşdülər: Əmisi qızı ağır yaralandı
Bir neçə gün əvvəl BDU-nun yataqxanasında zəhərlənərək həyatını itirən 20 yaşlı Şəkər Xasmətovanın dəfnində əmisi Seymur Xasmətovun vəziyyəti pisləşib. BAKU.WS...