Bakıda yoxa çıxan qızın sorağını polis Türkiyədən alıb. Bir neçə gün əvvəl itkin düşməsi ilə bağlı polisdə axtarışa verilən 22 yaşlı qızdan artıq xəbər var.

BAKU.WS
-in Milli.az saytına istinadən verir ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Rəfiqə Məmmədova evdən çıxıb və geri qayıtmayıb. Polisin apardığı araşdırmadan sonra qaranlıq məqamlara aydınlıq gəlib.

Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsindən Milli.Az-a bildirildi ki, R.Məmmədovanın Türkiyə vətəndaşı ilə sevgi münasibətləri olub. Ailəsi buna etiraz etsə də, münasibətini davam etdirib. Bir neçə gün əvvəl isə oğlana qoşularaq evdən qaçıb.

Hazırda onların Türkiyədə olduğu məlum olur. Qızın barəsində qohumluq əlaqələrinin itirilməsi ilə bağlı axtarış elan olunub.

BAKU.WS