Azərbaycan futbol klubundan “Qarabağ Azərbaycandır!” plakatı - VİDEO/FOTO

Azərbaycan futbol klubundan “Qarabağ Azərbaycandır!” plakatı - VİDEO/FOTO
Foto Video
Hadisə 298
I Divizionda VII turun oyunları çərçivəsində reallaşan “Kəpəz” – “Qarabağ-2” (1:0) oyunu 18 oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf etdiyindən ev sahibi komandası görüş öncəsi xüsusi təşkilatçılıqla yadda qalıb. BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə Azərbaycan Prezidenti İlham Əliyevin “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasındakı nitqinə dəstək nümayiş etdirən Gəncə klubunun futbolçuları meydana “Qarabağ Azərbaycandır!” yazılı plakatla çıxıblar.Meydançada isə böyük ölçülü üç rəngli bayrağımız açılıb. Bundan əlavə, stadionda Azərbaycanın Respublikasının Dövlət himni hərbi orkestr tərəfindən ifa olunub.

Son xəbərlər