SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bakının Binəqədi rayonunda keçmiş məhkum arvadını bıçaqlayıb.

BAKU.WS report-a istinadən məlumat verir ki, Binəqədi qəsəbəsi 1-ci mədən korpus 30-da yaşayan, əvvəllər məhkum olunmuş 1989-cu il təvəllüdlü Ayxan Məmmədov evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. G.Məmmədova Kliniki Tibbi Mərkəzə yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

İlkin ehtimala görə, hadisə qısqanclıq zəminində baş verib. A.Məmmədovun tutulması üçün axtarış tədbirləri davam etdirilir.

A.Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda keçmiş deputat Gülər Əhmədova ilə onun arasında vasitəçi kimi iştirak edən Sevinc Babayevanın oğludur. S.Babayeva "İnterpol" xəttilə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

***

Binəqədi Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, polis əməkdaşları dərhal əməliyyat-axtarış tədbiri keçiriblər. A. Məmmədov saxlanılaraq polis idarəsinə gətirilib.
 
BAKU.WS