VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tanınmış teleaparıcı, Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.

BAKU.WS 
xəbər verir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən 78 yaşlı diktora ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub.

Xalq artisti hazırda Reanimasiya şöbəsində nəzarətdədir. Vəziyyətinin ağır olduğu bildirilir.

Xatırladaq ki, Ofeliya Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).

Aysel
BAKU.WS