İnsult keçirən xalq artistinin vəziyyəti ilə bağlı AÇIQLAMA

İnsult keçirən xalq artistinin vəziyyəti ilə bağlı AÇIQLAMA
Hadisə 1749
Sənət yoldaşları xəstəxanada müalicə olunan Xalq artisti Canəli Əkbərova baş çəkiblər.BAKU.WS APA-ya istinadla xəbər verir ki, xanəndənin ziyarətinə Xalq artisti Mənsum İbrahimov və əməkdar artistlər Elnur Əhmədov, Elçin Həşimov gedib.Mənsum İbrahimov bildirib ki, hazırda xanəndənin vəziyyəti normaldır: "Xəbəri eşidəndə xaricdə səfərdə idim. Bakıya gələn kimi ilk olaraq, sənət dostlarımla birgə dəyərli xanəndəmizi ziyarətə getdim. Ümumi olaraq vəziyyəti yaxşıdır. Bu yaxınlarda 80 illik yubileyi olacaq. Əminəm ki, inşallah yubileyini sağlam şəkildə birgə qeyd edərik".Qeyd edək ki, Xalq artisti Canəli Əkbərov bir müddətdir Mərkəzi Klinik Xəstəxanada müalicə alır, həkimlər ona ürək insultu diaqnozu qoyub.

Oxşar xəbərlər

Xalq artisti Afrikada toyda - VİDEO

Xalq artisti Afrikada toyda - VİDEO

Azərbaycanın xalq artisti Mənsum İbrahimov Afrikada toy məclisində qatılıb.BAKU.WS xəbər verir ki, xalq artistinin Afrika səfərini əks etdirən fotoları sosial ş...

1627 Mədəniyyət 17:53 03 may 2019

Son xəbərlər