Rasim Balayev: Canəli Əkbərov qudurub

Rasim Balayev: Canəli Əkbərov qudurub
Sosial 4286

Xalq artisti, xanəndə Canəli Əkbərovla həmkarları arasındakı xoşagəlməz qalmaqal səngimək bilmir. Səsləndirdiyi ifadələrə görə xanəndəyə təkcə həmkarları deyil, digər tanınmış sənət adamlarından da tənqidlər gəlib. Xalq artisti Rasim Balayev də qalmaqala biganə qalmayaraq məsələyə öz münasibətini bildirib. 

BAKU.WS musavat.com-a istinadən Xalq artistinin rəyini təqdim edir:

"Canəliyə o qədər artıq ordenlər veriblər ki, o qudurub. Üstəlik, onun heç oxumağı da yoxdur. O, elə həmişə onun-bunun dalınca danışıb, durub”.

Xatırladaq ki, xanəndə Canəli Əkbərov muğam televiziya müsabiqəsinin münsiflər heyətində yer ala bilmədiyi üçün həmkarları Arif Babayev, Əlibaba Məmmədov, Mənsum İbrahimov, Səkinə İsmayılova barəsində ağır, təhqiredici ifadələr işlədib.

BAKU.WS

Son xəbərlər