Amaliya Pənahova ilə Leyla Şıxlinskaya arasındakı qalmaqal böyüyür (VİDEO)

Amaliya Pənahova ilə Leyla Şıxlinskaya arasındakı qalmaqal böyüyür (VİDEO)
Video
Şou-biznes 4342

 

Xalq artisti Amaliya Pənahova Leyla Şıxlinskayanın ATV-də yayımlanan "5-ci element" verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

BAKU.WS məlumat verir ki, xalq artisti Ölkə.az-a açıqlamasında sənət adamının belə danışmasını düzgün saymayıb:

"Onun dedikləri barədə heç nə demək istəmirəm. Bu, onun öz fikridir. Obraza mane olub olmadığımı tamaşaçılar deyə bilər. Mənim müdaxilə etməyim düzgün çıxmaz".

Amaliya Pənahova "Sizcə sənət adamlarının bir-birinə belə qiymət verməsi doğrudurmu" sualına belə cavab verib:

"Vallah, qoy o xanım getsin, dili öyrənsin, sonra münasibət bildirsin" - deyə cavab verib.

Xatırladaq ki, xalq artisti Leyla Şıxlinskaya "Gün keçdi" filmindəki onun Əsmər rolunu səsləndirən həmkarı Amaliya Pənahova barədə bunları demişdi:

"Hər kəs bu rolu öz bildiyi kimi qavrayır. Amaliya xanım və başqa aktrisalar Əsmər obrazının sınaq çəkilişlərində iştirak ediblər. Məsələ yaşda deyil. Kim kimdən böyükdür, kiçikdir. Sadəcə, onlar başqadırlar. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu. (Amaliya Pənahovanı yamsılayır - red.). Filmdəki münasibətlər tam başqadır, daha incə, kövrək münasibətlərdir. Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Filmdə Əsmər deyir: "Mən buna görə gəlməmişəm". O bu sözləri çox sadə deyir, daha belə yox".

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər