Bətnindəki körpəsi əri tərəfindən öldürülən Səbinənin vəziyyəti AĞIRDIR

Bətnindəki körpəsi əri tərəfindən öldürülən Səbinənin vəziyyəti AĞIRDIR
Hadisə 1098
Abşeronda əri tərəfindən bıçaqlanaraq xəstəxanaya yerləşdirilən hamilə qadının vəziyyəti ağırdır.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, Kliniki Tibbi Mərkəzə aparılan qadın əməliyyat olunub:“Həkimlər təcili olaraq qadını cərrahi əməliyyata alıb. O, 9 aylıq hamilə olub. Bətnindəki uşaq bıçaq xəsarətlərindən ölüb. Qadının vəziyyəti ağırdır. Reanimasiya şöbəsində həkim nəzarətində saxlanılır”.Qeyd edək ki, 19 yaşlı Fatmayi qəsəbə sakini Atababayeva Səbinə Ağasəf qızı ağır vəziyyətdə, bədəninin müxtəlif hissələrində çoxsaylı kəsilmiş-deşilmiş yaraları diaqnozu ilə xəstəxanaya çatdırılıb.Cərrahi əməliyyat zamanı müəyyən edilib ki, bıçaq zərbələri daha çox qadının qarnına dəydiyindən, onun bətnindəki qız uşağı tələf olub. Ananın vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Məlumata görə, S.Atababayeva valideynlərinin təkidi ilə ərə verilib. Onun hadisə vaxtı hamiləliyin son aylarında olduğu bildirilir.Fakt polis tərəfindən araşdırılır, hadisənin motivi məlum deyil.

Son xəbərlər