Mehdiabadda gənc oğlan yol kənarında bıçaqlanıb
Abşeron rayonunun Mehdiabad qəsəbəsində dava zamanı 1 nəfər xəsarət alıb.
"Report"un xəbərinə görə, Xanbabayev.C Nazir oğlu Digah qəsəbəsinə gedən yolda tanışı ilə hələlik bilinməyən səbəblərdən mübahisə edib.
Adı və soyadı açıqlanmayan şəxs onun döş qəfəsinə bir bıçaq zərbəsi vurub. İkinci ağır xəsarət aldığından çoxlu qan itirib.
Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin (TTTYX) həkimləri yaralını 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriblər. Yaralı cərrahi əməliyyat olunub.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti orta-ağır kimi qiymətləndirilir.
Abşeron Rayon Polis İdarəsi əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən şəxsin cinayət əməlindən sonra ərazini tərk etdiyini bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb.
Oxşar xəbərlər
Bakıda evli kişinin dul qadınla sevgisi QANLA BİTDİ - TƏFƏRRÜAT + FOTO
2022-ci il iyulun 3-ü saat 18 radələrində 1985-ci il təvəllüdlü Aynurə Əliyarova çoxsaylı bıçaq xəsarətləri ilə 3 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirili...