Azərbaycanda dəhşətli avtobus qəzasında yaralananların son vəziyyəti - FOTO

Azərbaycanda dəhşətli avtobus qəzasında yaralananların son vəziyyəti - FOTO
Foto
Hadisə 2756
Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan 10-u müalicələrini rayon xəstəxanasında davam etdirəcək.Lənkəran Rayon Mərkəzi Xəstəxanasından BAKU.WS-ə verilən məlumata görə, digər yaralılar ambulator müalicəyə buraxılıblar.Yaralılardan 2-i Reanimasiya şöbəsindədir. Reanimasiya şöbəsinə yerləşdirilən 2 qadından birinin vəziyyəti ağır qiymətləndirilir. Xəstəxananın baş həkiminin sözlərinə görə, açıq kəllə-beyin travması alan 42 yaşlı qadın komadadır.Reanimasiya şöbəsində müalicə alan digər qadına isə qapalı kəllə-beyin travması və qabırga sınığı diaqnozu qoyulub. Onun vəziyyətinin ağır olduğu bildirilir.Xəstəxananın Travmatologiya şöbəsində müalicə alan 8 qadının isə vəziyyəti orta ağır kimi qiymətləndirilir. Onların həyatları üçün təhlükə yoxdur.

Son xəbərlər