Tanınmış teleaparıcı infarkt keçirdi - Vəziyyəti ağırdır
05
okt
2019
12:03
Tanınmış teleaparıcı, Azərbaycanın Xalq artisti Ofelya Sənani infarkt keçirib.BAKU.WS xəbər verir ki, Kliniki Tibbi Mərkəzə yerləşdirilən 78 yaşlı diktora ürəyin ön və arxa divarının infarktı diaqnozu qoyulub.Xalq artisti hazırda Reanimasiya şöbəsində nəzarətdədir. Vəziyyətinin ağır olduğu bildirilir.Xatırladaq ki, Ofeliya Sənani 1941-ci ildə Bakı şəhərində anadan olub. 1959-1975-ci illərdə radioda işləyib, bir sıra radio tamaşalarında baş rollarda çıxış edib. 1975-ci ildən televiziyada fəaliyyət göstərib. 1960-1990-cı illərdə eyni zamanda "Azərbaycanfilm" kinostudiyasının dublyaj şöbəsində işləyib, 100-dən artıq filmin baş qəhrəmanlarını səsləndirib. O, kinofilmlərdə də çəkilib ("Dağlarda döyüş", "Ulduzlar sönmür" bədii filmləri, "Bakı bulvarı", "Mücrü" və s. televiziya filmləri).Aysel
Oxşar xəbərlər
Azərbaycanda dəhşətli avtobus qəzasında yaralananların son vəziyyəti - FOTO
Lənkəran rayonunda baş verən ağır yol qəzası zamanı xəsarət alanlardan 10-u müalicələrini rayon xəstəxanasında davam etdirəcək.Lənkəran Rayon Mərkəzi Xəstəxanas...