Ağac budağı qırılaraq qadın və qızın başına düşdü
05
avq
2019
16:16
Bakıda güclü külək nəticəsində ağacın budağı qırılaraq 20 yaşlı qadının üstünə düşüb.BAKU.WS xəbər verir ki, hadisə Səbail rayonunda, Filarmoniyanın yaxınlığında qeydə alınıb. Qadın xəsarət alıb.Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alan qadının vəziyyəti ağırdır:"Hadisə ilə bağlı çağırış 12.05-də olub. O, Kliniki Tibbi Mərkəzə çatdırılıb. Vəziyyəti orta ağırdır".Bundan başqa, Sumqayıtda da güclü külək nəticəsində ağacın budaqları sınaraq 10 yaşlı uşağın başına düşüb.Hadisə şəhərin 12-ci mikrorayon deyilən ərazisində qeydə alınıb. Sumqayıt Şəhər Xəstəxanasına çatdırılan xəstəyə qapalı kəllə-beyin travması və gicgah nahiyəsindən beyin əsasına keçən sınıq diaqnozu qoyulub. Hazırda qızın müalicəsi reanimasiya şöbəsində davam etdirilir, huşu aydındır. Vəziyyəti orta-ağırdır.
Oxşar xəbərlər
Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu - 6 yaralı
Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol qəzası baş verib.BAKU.WS xəbər verir ki, qəza zamanı mikroavtobus...