Şəkidə xəsarət alan daha bir nəfər Bakıya göndərilir

Şəkidə xəsarət alan daha bir nəfər Bakıya göndərilir
Hadisə 925
Şəkidə Xan Sarayında irigövdəli ağacın budağının qırılması nəticəsində ölüm hadisəsinin olması barədə yayılan məlumatlar yanlışdır.BAKU.WS, Oxu.Az-a istinadən xəbər verir ki, bunu Şəkidə olan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev jurnalistlərə açıqlamasında bildirib.O qeyd edib ki, bir nəfərin vəziyyəti ağırdır:“Ölən yoxdur. Hadisə nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 12-si Azərbaycan, 2 nəfər Rusiya, 5 nəfər isə Suriya vətəndaşıdır. Hazırda xəsarət alanların əksəriyyətinin vəziyyəti stabildir”.Dövlət Turizm Agentliyinin sədri deyib ki, xəsarət alan bir qadın təcili tibbi yardım maşını ilə Bakıya göndərilir:“Digərləri isə helikopter vasitəsilə Bakıya göndərilir”.F.Nağıyev deyib ki, məsələ ilk dəqiqələrdən Prezident İlham Əliyevin şəxsi nəzarətindədir.Bir qədər əvvəl Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilirdi ki, sağ baldır sümüyünün çox qəlpəli sınığı, travmatik şok vəziyyətində olan Xatirə Ağamalıyevanın təcili tibbi yardım avtomobili ilə Travmatologiya İnstitutuna aparılması müzakirə olunur.İlkin Məmmədova ağır dərəcəli kəllə beyin travması, sağ ayaqda sınığı, Sara Hasana sağ bud sümüyünün qapalı travması çanaqda, Farik Hasana sol incik sümüyünün sınığı, Al Hasan Samirəyə isə ağ baldır sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub və helikopterlə Bakıya Kliniki Tibbi Mərkəzə göndəriliblər.Xatırladaq ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 sm diametrində olan budağı qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşüb. Nəticədə 19 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Son günlər ölkə ərazisində müşahidə olunan güclü küləyə dözməyərək Xan çinarının budağının qırıldığı ehtimal edilir.

Son xəbərlər