VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Ötən gün "Azerbaijan Coca-Cola Bottlers"in rəhbəri Cem Becel vəfat edib.

BAKU.WS
-in məlumatına görə, Cem Becel "Port Baku"nun "The club” idman zalında olarkən dünyasını dəyişib. O, oyun zamanı ehtiyat oyunçular skameykasında əyləşərkən qəflətən halı pisləşib.

Hadisə şahidlərinin BAKU.WS-ə verdikləri məlumata görə, onun ölümünə infarkt keçirməsi səbəb olub.

"Oyun zamanı Cem Becel ehtiyat oyunçular skamyasında oturmuşdu. Qəfildən halı pisləşdi. Gözləri yumuldu və yerə yıxıldı. Biz dərhal mühafizəçilərə xəbər verdik və həkim çağırdıq. "Medi Club"un həkimləri hadisə yerinə çağırışdan 20 dəqiqə sonra gəldilər. Həkimlər gələnə qədər artıq iş-işdən keçmişdi. Sonradan həkimlərin boş səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmadı”.


Qeyd edək ki, "Medi Club" idman kompleksindən 5 dəqiqəlik məsafədə yerləşir.

Xatırladaq ki, Cem Becel "Azerbaijan Coca-Cola Bottlers Ltd”də 2014-cü ilin yanvarından baş direktor vəzifəsini icra edirdi.


Allah rəhmət eləsin!

Tofiq Babayev

BAKU.WS