SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 18-də saat 11 radələrində Araz çayının İmişli rayonu ərazisindən keçən hissəsində rayon sakini olan qadın oğlu ilə özlərini çaya atmağa cəhd göstəriblər.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, həmin ərazidə xidmət aparan İmişli rayon Mühafizə Bölməsinin əməkdaşları tərəfindən bunun qarşısı alınıb.

Onlar İmişli RPŞ-yə təhvil veriblər.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS