Yevlaxda 17 yaşlı nişanlı qız intihara cəhd edib

Yevlaxda 17 yaşlı nişanlı qız intihara cəhd edib
Hadisə 1465
Yevlax şəhərində özünü körpüdən kür çayına atan nişanlı qızın intihara cəhd etməsinin səbəbi məlum olub.BAKU.WS Report-a istinadən xəbər verir ki, Yevlax şəhər sakini, 2001-ci il təvəllüdlü B.Abdullayeva intihar etmək məqsədi ilə özünü Kür çayına atıb. Əldə olunan məlumata görə, B.Abdullayeva nişanlı olub və ailə qurmaq istəməsi səbəbindən valideynləri ilə mübahisə edib. Bundan sonra o, Kür çayının Yevlax şəhərindən keçən hissəsindəki körpüdən özünü çaya ataraq intihara cəhd edib. B.Abdullayeva ərazidə xidmət aparan Mühafizə Polisinin əməkdaşları tərəfindən sudan çıxarılaraq xilas edilib. Faktla bağlı Yevlax rayon Prokurorluğunda araşdırma aparılır.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

27 yaşlı qız özünü Kürə atdı

27 yaşlı qız özünü Kürə atdı

Salyan şəhər sakini intihara cəhd edib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Əlövsət Quliyev küçəsi bina 4, mənzil 35 ünvanında yaşayan 1988-ci il təvəl...

1704 Hadisə 12:58 27 sentyabr 2015

Son xəbərlər