7 məhkəmə hakimi tutduğu vəzifədən azad olunub

7 məhkəmə hakimi tutduğu vəzifədən azad olunub
Hadisə 449

Ötən il fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə 48 hakim intizam məsuliyyətinə cəlb edilib.

BAKU.WS xəbər verir ki, bununla bağlı Məhkəmə-Hüquq Şurasının növbəti iclasında məlumat verilib.

Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda həmçinin qeyd edilib ki, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb.

Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti nəzərə alınaraq Ədliyyə Akademiyası ilə birgə 50-dən çox tədris tədbiri keçirilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər