Azərbaycanda 5 məhkəmə hakiminin səlahiyyətinə xitam verilib - FOTO

Azərbaycanda 5 məhkəmə hakiminin səlahiyyətinə xitam verilib - FOTO
Hadisə 1510
Məhkəmə-Hüquq Şurasının fəaliyyəti dövründə 230-dan çox hakim barədə intizam icraatının başlandığı, qanun pozuntusu və digər neqativ hallara yol verdikləri nəzərə alınaraq 100-dən çox hakimin məhkəmə sistemindən kənarlaşdırılıb. BAKU.WS xəbər verir ki, bu sözləri Məhkəmə-Hüquq Şurasının iclasında çıxış edən Şuranın sədri Fikrət Məmmədov söyləyib.İclasda həmçinin, hakimlər barədə intizam icraatlarına baxılaraq qanunvericiliyin tələblərinin kobud pozulmasına, korrupsiyaya şərait yaradan hallara, süründürməçilik və digər nöqsanlara yol verilməsi ilə əlaqədar Bakı şəhərinin Qaradağ rayon məhkəməsinin hakimi Rəşad Məmmədova töhmət verilib, Səbail rayon məhkəməsinin hakimi Nürəddin Bağırovun tutduğu vəzifədən azad olunması, Zaqatala rayon məhkəməsinin hakimi Arif İsmayılovun isə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə qərar qəbul edilib. Eyni zamanda 4 hakimin də səlahiyyətlərinə digər qanuni əsaslarla xitam verilib. Bununla yanaşı konkret korrupsiya faktı üzrə araşdırma materiallarının hüquqi qiymət verilməsi məqsədilə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilməsi məqsədəmüvafiq bilinib.BAKU.WS

Oxşar xəbərlər

100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb

Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən...

2418 Siyasət 20:35 24 sentyabr 2018

Son xəbərlər