100-dən çox hakim məhkəmə sistemindən kənarlaşdırılıb
24
sen
2018
20:35
Məhkəmə-Hüquq Şurasının qərarları ilə 100-dən çox hakim vətəndaşların haqlı narazılığını doğuran nöqsan və pozuntulara yol verdiklərinə görə məhkəmə sistemindən kənarlaşdırılıb, o cümlədən korrupsiya hüquqpozmalarına görə 35 hakim ciddi intizam məsuliyyətinə cəlb edilib.Bu barədə BAKU.WS-ə Ədliyyə Nazirliyindən məlumat verilib.Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə tədbirlər davam etdirilərək, ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun Ağstafa rayonuna səfəri çərçivəsində Gəncə Apellyasiya Məhkəməsinin və onun yurisdiksiyasına daxil olan bölgənin birinci instansiya məhkəmələri sədrlərinin və hakimlərinin, habelə Ədliyyə Nazirliyinin və Məhkəmə-Hüquq Şurasının aidiyyəti məsul işçilərinin iştirakı ilə geniş zona müşavirəsi keçirilib.Müşavirədə məhkəmə fəaliyyətində yol verilən nöqsanlar, daxil olan şikayətlər və onları doğuran səbəblər, bununla əlaqədar qarşıda duran vəzifələr müzakirə olunub.Tədbirdə ölkə Prezidenti İlham Əliyevin qəti siyasi iradəsi ilə respublikamızda korrupsiyaya qarşı sərt mübarizənin aparıldığını vurğulayan F.Məmmədov məhkəmə fəaliyyətində korrupsiyaya şərait yaradan halların yolverilməzliyini diqqətə çatdırıb. Vətəndaşların əsassız get-gələ salınması, işlərə baxılmamasının süründürülməsi, habelə bəzi hakimlərin qeyri-etik davranışı qeyd olunaraq belə halların insanları narazı saldığı, şikayətlər doğurduğu bildirilib.Bununla bağlı hakim adına və nüfuzuna xələl gətirən hərəkətlərin yolverilməzliyi, lazımi nəticə çıxarmayan və işində dönüş yaratmayan hakimlərə məhkəmə sistemində yer olmadığı qeyd edilib. Bildirilib ki, hazırda 80-dək hakimin fəaliyyətinin prinsipial qiymətləndirilməsi aparılır, habelə yeni qaydalar əsasında şəffaf prosedurlarla seçilmiş 100-dən çox hakimliyə namizədin təyinatı nəzərdə tutulur.Müşavirədə apellyasiya məhkəmələrindən prinsipiallığın artırılması, qanun pozuntularına ciddi reaksiya verilməsi, neqativ hallara qarşı barışmaz münasibət göstərilməsinin vacibliyi vurğulanıb.Həmçinin məhkəmə sistemində şəffaflığın artırılması üzrə əlavə tədbirlərin görülməsi, antikorrupsiya mədəniyyətinin yüksəldilməsi, qeyri-prosessual münasibətlərin qarşısının alınması, etik davranış qaydalarına dürüst əməl edilməsi üzrə qarşıda duran vəzifələr diqqətə çatdırılıb.BAKU.WS
Oxşar xəbərlər
İlqar Məmmədov azadlığa buraxılıb
REAL Hərəkatının həbsdə olan sədri İlqar Məmmədov azadlığa buraxılıb."Report" xəbər verir ki, bu gün Şəki Apellyasiya Məhkəməsində hakim Gündüz Abbasovun sədrli...