Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsinin qalıqları çıxarılır. 

BAKU.WS xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb. 

Nazirliyin məlumatında deyilir: 

"Hərbi Dəniz Qüvvələrinin SAK bölməsi Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarənin qalıqlarını çıxarmaqda davam edir. Hava şəraitindən asılı olaraq pilotun nəşi və qara qutunun axtarılması davam etdirilir". 

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi iyulun 24-də qəzaya uğrayaraq Xəzər dənizinə düşüb. Pilot Rəşad Atakişiyevin taleyindən məlumat yoxdur. 

Təyyarənin axtarışı üzrə keçirilən əməliyyatlara müasir sualtı robotlar və digər avadanlıqlar, o cümlədən xarici mütəxəssislər və peşəkar dalğıclar cəlb olunub.

BAKU.WS