SİZİN REKLAM BURADA!
055 213 76 73


Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polkovnik Azər Paşayev xəstəxanaya yerləşdirilib.

BAKU.WS bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Azər Paşayev Nabranda istirahətdə olarkən anidən səhhəti pisləşib və təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda səhhəti ağırdır.

Qeyd edək ki, Azər Paşayev Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun kürəkənidir. O, "El Faro" Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranıb.

Abel Məhərrəmov açıqlamsında kürəkəni Azər Paşayevin xəstəxanaya yerləşdirilməsini təsdiqləyib: "Hazırda xəstəxanada müalicə olunur.  İnşaallah tezliklə səhhətində yaranan problemlər aradan qalxar".
BAKU.WS