Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi

Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi
Sosial 1643
Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun səhhətində ciddi problem yaranıb.BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilən Abel Məhərrəmova ürək çatışmazlığı diaqnozu qoyulub. Ürəyin fraksiyası aşağı olduğundan təcili olaraq reanimasiya şöbəsinə yerləşdirilib. Bir gün reanimasiya şöbəsində həkim nəzarətində saxlanıldıqdan sonra bu gün normal palataya köçürülüb.Hazırda sabiq rektorun səhhətinin normal olduğu bildirilir.Xatırladaq ki, Abel Məhərrəmov noyabrın 15-də prezident İlham Əliyevin sərəncamı ilə BDU-nun rektoru vəzifəsindən azad edilib.BAKU.WS

Oxşar xəbərlər

Vəzifəsindən kənarlaşdırılan Abel Məhərrəmov "Yallı" getdi - VİDEO

Vəzifəsindən kənarlaşdırılan Abel Məhərrəmov "Yallı" getdi - VİDEO

İki ay əvvəl vəzifəsindən azad edilmiş Abel Məhərrəmovun yeni görüntüləri yayılıb. BAKU.WS xəbər verir ki, videoda BDU-nun sabiq rektoru qonaqlarla birlikdə "Ya...

2674 Şou-biznes 09:43 19 yanvar 2019

Son xəbərlər