Abel Məhərrəmovun qardaşı vəfat etdi

Abel Məhərrəmovun qardaşı vəfat etdi
Hadisə 5601
Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik, keçmiş deputat Abel Məhərrəmova ağır itki üz verib. BAKU.WS Modern.az-a istinadən xəbər verir ki, A. Məhərrəmovun qardaşı Məhərrəm Məhərrəmov bu gün vəfat edib. O, bir ay öncə ürəyindən əməliyyat olunubmuş. Məlumata görə M.Məhərrəmov ürək tutmasından dünyasını dəyişib. Xəbəri Modern.az-a BDU-dan təsdiqləyiblər. Mərhum sabah Mehdiabad qəbiristanlığında dəfn olunacaq. Mərhumun atası və anası da eyni qəbiristanlıqda dəfn olunub. Hüzr mərasimi yanvarın 8-də Heydər Məscidində olacaq. M.Məhərrəmov 1956-cı ildə anadan olub. O, Prezident Adminstrasiyasında məsul vəzifədə idi. M. Məhərrəmov 2008-ci ildə prezident İlham Əliyevin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalına layiq görülüb. Eyni zamanda 2016-cı ildə ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.Allah rəhmət eləsin!BAKU.WS

Oxşar xəbərlər

Abel Məhərrəmova ağır itki

Abel Məhərrəmova ağır itki

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmova ağır itki üz verib.BAKU.WS-in yeniçağ.az-a istinadən verdiyi məlumatına görə, rektorun qardaşı Məhərrəm Məh...

12114 Hadisə 16:33 06 yanvar 2018

Son xəbərlər