Abel Məhərrəmovun rəis müavini olan kürəkəni reanimasiyaya yerləşdirildi
02
avq
2019
23:50
Su Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polkovnik Azər Paşayev xəstəxanaya yerləşdirilib.BAKU.WS bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, Azər Paşayev Nabranda istirahətdə olarkən anidən səhhəti pisləşib və təcili olaraq Bakıdakı özəl xəstəxanaların birinin reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda səhhəti ağırdır.Qeyd edək ki, Azər Paşayev Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru Abel Məhərrəmovun kürəkənidir. O, "El Faro" Ailəvi İstirahət və Əyləncə Mərkəzində dincələrkən səhhətində ciddi problem yaranıb.Abel Məhərrəmov açıqlamsında kürəkəni Azər Paşayevin xəstəxanaya yerləşdirilməsini təsdiqləyib: "Hazırda xəstəxanada müalicə olunur. İnşaallah tezliklə səhhətində yaranan problemlər aradan qalxar".
Oxşar xəbərlər
Abid Şərifovun səhhəti ağırlaşdı
Baş nazirin sabiq müavini Abid Şərifovun səhhəti yenidən pisləşib.BAKU.WS Unikal.org-a istinadən xəbər verir ki, səhhətində problem yaranan A.Şərifov paytaxta y...