Türkiyə hərbi hava qüvvələrinin qırıcılarının daha bir Rusiya təyyarəsini vurduğu barədə xəbərlər yayılıb.

BAKU.WS-in məlumatına görə, bu barədə "Əl-Cəzirə" telekanalı xəbər yayıb.

Telekanalın verdiyi xəbərə görə, Rusiya təyyarəsi Türkiyə sərhədində vurulub. Yayılan xəbərlə bağlı Rusiya Müdafiə Nazirliyi rəsmi açıqlama verib. Müdafiə Nazirliyi bu xəbərin həqiqətə uyğun olmadığını bildirərək Rusiyaya məxsus təyyarənin vurulması barədə məlumatı təkzib edib.

Müdafiə Nazirliyi bu xəbəri "cəfəngiyyat" adlandırıb. "Suriyada terrorçuların obyektlərinin məhv edilməsi üzrə məsələləri həll edən bütün Rusiya təyyarələri sağ-salamat aviabazaya qayıdıblar", - deyə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov jurnalistlərə bildirib. Türkiyə rəsmiləri isə bu barədə heç bir açıqlama verməyib.
 
BAKU.WS