Lionel Messi dünya çempionatlarında üç tarixi rekorda imza atdı

Lionel Messi dünya çempionatlarında üç tarixi rekorda imza atdı
İdman 30

Argentina millisinin hücumçusu Lionel Messi futbol üzrə dünya çempionatları tarixində üç əlamətdar göstəriciyə imza atıb.

BAKU.WS xəbər verir ki, 39 yaşlı futbolçu DÇ-2026-nın 1/16 final mərhələsində Kabo-Verde yığmasına qarşı keçirilən görüşdə fərqlənməklə dünya çempionatlarında ən çox qol vuran futbolçu kimi rekordunu daha da möhkəmləndirib.

Bundan başqa, Messi mundiallar tarixində ardıcıl səkkiz oyunda qol vuran ilk futbolçu olub. Onun məhsuldarlıq seriyası 2022-ci il dünya çempionatının 1/8 final mərhələsindən başlayır. Argentinalı hücumçu bu müddət ərzində 12 dəfə rəqib qapılarına yol tapıb.

Messi daha bir tarixi göstəriciyə də imza atıb. O, Kabo-Verde ilə oyuna start heyətində çıxmaqla dünya çempionatları tarixində 30 oyun keçirən ilk futbolçu olub. Bu göstəricidə ikinci yerdə Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu qərarlaşıb. Onun aktivində 26 mundial oyunu var.

Qeyd edək ki, ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatı iyulun 19-da başa çatacaq.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər