VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Türkiyənin İstanbul şəhərində şiddətli partlayış hadisəsi baş verib.
 
BAKU.WS-in məlumatına görə, hadisə İstanbulun Sultanahmet Meydanında gündüz saat 10.20-da (Bakı vaxtı ilə 12.20) qeydə alınıb. Partlayışdan sonra çox sayda təcili yardım və polis hadisə yerinə cəlb edilib.

İnsan tələfatı ilə bağlı hələlik dəqiq bir məlumat verilmir. Hadisədə çox sayda adamın yaralandığı deyilir. Xəstəxanalara aparılan yaralılardan bəzilərinin vəziyyətinin ağır olduğu bildirilir.

Partlayışın səbəbi haqqında isə hələlik dəqiq bir məlumat yoxdur. Canlı bomba iddiası da təsdiq edilməyib. Partlayış olan əraziyə yaxın bir bölgədə bir polis maşının aşdığı deyilir. 
 
Şahin Həbibov
BAKU.WS