SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakıda itkin düşən 5 saylı orta məktəbin VII sinif şagirdi Aydan Əliyeva tapılıb.

BAKU.WS xəbər verir ki, 13 yaşlı məktəbli qız 19-cu Polis Bölməsi tərəfindən tapılaraq ailəsinə təhvil verilib.

Aydan tapıldıqdan sonra məlum olub ki, o, itkin düşməyibmiş, "Formula 1" yarışlarını izləmək üçün evdən qaçıbmış. Daha sonra səhv addım atdığını anlasa da, anasından qorxduğu üçün evə qayıtmaq istəməyib.

Aydan onu daim nəzarətdə saxlayan anası ilə dil tapa bilmədiyindən bu addımı atdığını deyib.

Qeyd edək ki, Aydan Əliyeva məktəbdə nümunəvi uşaq kimi tanınır. Məktəbin direktoru Nərminə Gündüzlü BAKU.WSaçıqlamasında, onun 4-5 qiymətlərlə oxuduğunu və tərbiyəsində heç bir problem olmadığını bildirmişdi

Onu da bildirək ki, Aydanın anası Təranə Yusifova BAKU.WS-ə açıqlamasında qızını 1 saat nəzarətsiz qoymadığını, bəlkə də belə davranmaqla səhv etdiyini söyləmişdi.

Zülfiyyə Qurbanova
BAKU.WS