Gəncədə 20 gün əvvəl itkin düşən 52 yaşlı qadın Bakıda tapıldı

Gəncədə 20 gün əvvəl itkin düşən 52 yaşlı qadın Bakıda tapıldı
Hadisə 1874
Gəncədə itkin düşən qadın tapılıb.BAKU.WS-in məlumatına görə, sentyabrin 15-də itkin düşən Gəncə şəhəri, 3-cü mikrorayon, bina 27, mənzil 18-də yaşayan, 1966-cı il təvəllüdlü Novruzova Məlahət Novruz qızı polis əməkdaşları tərəfindən tapılaraq ailəsinə təhvil verilib.Hüquq-mühafizə orqanlarının əməkdaşları M.Novruzovanı Bakıda tapıblar.Faktla bağlı Kəpəz rayon Polis İdarəsində araşdırmalar aparılır.Qeyd edək ki, Gəncə şəhəri, 3-cü mikrorayonda yaşayan Vidadi İsayev şikayət ərizəsi ilə polisə müraciət edərək, sentyabrın 15-də həyat yoldaşı, 1966-cı il təvəllüdlü Məlahət Novruzovanın evdən çıxaraq bir daha geri qayıtmadığını bildirib.BAKU.WS

Oxşar xəbərlər

Bakıda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşüb

Bakıda 40 yaşlı qadın naməlum şəraitdə itkin düşüb

Bakıda orta yaşlı qadın itkin düşüb.BAKU.WS-in məlumatına görə, hadisə paytaxtın Yasamal rayonu ərazisində baş verib.Rayonun M.Əliyev küçəsi, ev 26-da yaşayan,...

1079 Hadisə 21:22 10 sentyabr 2018

Son xəbərlər