Xaçmazda itkin düşən uşaqla başlı ŞOK açıqlamalar - Onu oğurlayıblarmış!

Xaçmazda itkin düşən uşaqla başlı ŞOK açıqlamalar - Onu oğurlayıblarmış!
Hadisə 10121
Xaçmazda itkin düşdüyü deyilən 3 yaşlı uşaq əslində, oğurlanıbmış.BAKU.WS ölkə.az-a istinadən xəbər verir ki, bu fikirləri 22 iyul tarixində Xaçmaz rayonunun Nabran qəsəbəsində naməlum şəraitdə itkin düşmüş və ötən gün tapılaraq ailəsinə təhvil verilmiş 3 yaşlı Novruzov İsmayıl Elçin oğlunun dayısı Məhəmməd Mehdiyev səsləndirib:"Uşaq tapıldığı ərazidə axtarış aparılmışdı, amma tapılmamışdı. Uşağı oğurlamışdılar. Sonradan gördülər ki, əraziyə helikopterlər, hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Ona görə də gətirib uşağı yerinə qoymuşdular".M.Mehdiyev bildirib ki, ailənin heç kimlə ədavəti olmayıb:"Ailənin heç kimlə ədavəti yoxdur. Kimin qaçırdığını bilmirik. Bununla bağlı polisə müraciət etmişik, araşdırma aparılır". Qeyd edək ki, 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə tapılaraq ailəsinə təhvil verilib.BAKU.WS

Son xəbərlər