Nabranda istirahət mərkəzində 3 yaşlı uşaq yoxa çıxdı: FHN ayağa qalxdı – FOTO

Nabranda istirahət mərkəzində 3 yaşlı uşaq yoxa çıxdı: FHN ayağa qalxdı  – FOTO
Hadisə 7708
Ötən gün Nabranda istirahət mərkəzlərinin birində azyaşlı uşaq itib.BAKU.WS xəbər verir ki, hadisə “Mayak” otelində qeydə alınıb.3 yaşlı Elçin İsmayıl oğlu Novruzov babasının yanında olarkən yoxa çıxıb.Bu barədə onun qohumu Ayan məlumat verib. Onun sözlərinə görə, hazırda uşağı tapılması üçün elan veriblər.Uşağın itməsilə bağlı Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti də məlumat yayıb. Məlumatda bildirilir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlu naməlum şəraitdə itkin düşüb.Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin şəxsi heyəti, həmçinin xüsusi hazırlıqlı itlər axtarışlara cəlb olunmuşdur. Axtarış işləri meşəlik ərazidə və suda aparılır. Hadisə ilə bağlı aidiyyəti dövlət qurumları məlumatlandırılıb.İtən uşağın fotosunu təqdim edirik. Onun yerini görənlər 0554266663 nömrəsinə zəng vursunlar.BAKU.WS

Oxşar xəbərlər

Bakıda 58 yaşlı kişi dənizdə batıb

Bakıda 58 yaşlı kişi dənizdə batıb

Bakıda daha bir nəfər dənizdə batıb.BAKU.WS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə...

1426 Hadisə 19:33 18 iyul 2018

Son xəbərlər