Lənkəranın turizm imkanları geniş auditoriyaya nümayiş etdirilib
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə yerli media nümayəndələri üçün Lənkəran şəhərinə mediatur təşkil olunub.
BAKU.WS-in Lənkərana ezam olunmuş müxbiri xəbər verir ki, mediaturun əsas məqsədi Lənkəranın müxtəlif turizm imkanlarının, təbii və mədəni irsinin, yerli turizm məhsullarının və qonaqpərvərlik ənənələrinin nümayiş etdirilməsi, turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsi olub.
Səfər zamanı media nümayəndələri Mir Əhməd xanın tarixi evində fəaliyyət göstərən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək şəhərin tarixi və mədəni irsi barədə məlumat əldə ediblər.
Daha sonra Hirkan Milli Parkı və Xanbulan gölü ziyarət olunub, Lənkəranın təbii turizm imkanları barədə məlumat verilib. Proqram çərçivəsində çayçılıq və çay istehsalı prosesi təqdim olunub, eləcə də Arıçılıq Muzeyində apiterapiyanın tətbiqi imkanları barədə məlumat verilib.
Səfər müddətində media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb.
Qalereya
Oxşar xəbərlər
Bakıda "Torpaq" adlı qrup sərgisi açılıb
Bakı Mərkəzi Nəbatat Bağında Sofiya Frankın kuratorluğu ilə "Torpaq" adlı qrup sərgisi açılıb. BAKU.WS xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşki...