SİZİN REKLAM BURADA!
055 213 76 73



Bu gün Təzəpir məscidində müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Zəlimxan Yaqubun vida mərasimi keçirilib.

BAKU.WS-in məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib. Əvvəlcə Qurani-Kərimdən ayələr oxunub.

Dövlətimizin başçısı mərhumun ailə üzvlərinə başsağlığı verib. Sonra xalq şairi Zəlimxan Yaqubun cənazəsi son mənzilə yola salınıb.

Vida mərasimində dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri, mədəniyyət xadimləri iştirak ediblər.

Xalq şairi Zəlimxan Yaqub birinci Fəxri Xiyabanda dəfn olunub.
 
BAKU.WS