SİZİN REKLAM BURADA!
055 213 76 73



Gəncədə yük avtomobili ilə minik maşını toqquşub, xəsarət alanlar var.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Gəncə-Göygöl yolunun Gəncə şəhər, Gülüstan qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobillə "Ford Tranzit" markalı yük avtomobilin toqquşması nəticəsində ilkin məlumatlara görə, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

BAKU.WS