VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Şəkidə mikroavtobus və minik avtomobilinin toqquşması nəticəsində ikisi ağır olmaqla yeddi nəfər xəsarət alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral avtomobil yolunun Şəki rayonu Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində baş verib.

“Mercedes-Benz Vito” markalı mikroavtobusla “Prado” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində ikisi ağır olmaqla, 7 nəfər xəsarət alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Tibb müəssisəsindən ONA-ya bildirilib ki, yaralılardan ikisinin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda yaralılara ilkin yardım göstərilir, şəxsiyyətləri dəqiqləşdirilir.

Faktla bağlı DİN-nin Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

BAKU.WS