SİZİN REKLAM BURADA!
055 213 76 73



Qanunsuz ov edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.

Verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz ov edən 2 şəhər sakini saxlanılıb. Onlardan 1 ədəd müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən 2 kənd sakini saxlanılıb. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.

BAKU.WS