Qanunsuz ov edənlər saxlanıldı

Qanunsuz ov edənlər saxlanıldı
Hadisə 652
Qanunsuz ov edən şəxslər polis əməkdaşları tərəfindən saxlanılıb.Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BAKU.WS-ə məlumat verilib.Verilən məlumata görə, İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində qanunsuz ov edən 2 şəhər sakini saxlanılıb. Onlardan 1 ədəd müvafiq sənədləri olmayan “İJ-58” markalı ov tüfəngi götürülüb.Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən isə Bəyimsarov kəndi ərazisində qanunsuz ov edən 2 kənd sakini saxlanılıb. Onlardan 2 ədəd müvafiq sənədləri olmayan “TOZ-16” markalı ov tüfəngi və 3 ədəd patron götürülüb.BAKU.WS

Oxşar xəbərlər

Salyanda əməliyyat – Qanunsuz silahlar yığıldı

Salyanda əməliyyat – Qanunsuz silahlar yığıldı

Salyanda vətəndaşlardan sənədsiz ov tüfəngləri götürülüb.Bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib.Belə ki, Salyan rayon Po...

964 Hadisə 13:45 12 oktyabr 2018

Son xəbərlər