Qanunsuz ov edən şəxslər saxlanıldı
24
sen
2018
13:01
Qanunsuz ov edən şəxslər saxlanılıblar.Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Verilən məlumata görə, sentyabrın 22-də qanunsuz ov etdiklərinə görə üç nəfər DİN-in Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Araşdırmalarla onların Bakı şəhər sakinləri Nicat Balayarov, Əhməd Əlizadə və Nazim Balayev olduqları müəyyən edilib. Onlardan “ATA ARMS”, “İJ-58” və “Özkan arms” markalı 3 ədəd ov tüfəngləri və 364 ədəd patron, habelə ovladıqları 8 ədəd gərəf quşu götürülüb.Araşdırma aparılır.BAKU.WS
Oxşar xəbərlər
DTX və polis birgə əməliyyat keçirdi
Polis və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Astarada birgə əməliyyat keçirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Ast...