DTX və polis birgə əməliyyat keçirdi
30
may
2018
12:52
DTX və polis birgə əməliyyat keçirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Göygöl Rayon Polis Şöbəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsinin əməkdaşları tərəfindən Balçılı kəndinin ərazisində Şəmkir rayon sakini Qədim Abdullayevdən “AKMS” silahı, “TOZ-16” tüfəngi, 13 ədəd avtomat patronu və 1 ədəd patrpon darağı götürülüb.Bundan başqa, Ağdam RPŞ əməkdaşları tərəfindən Qalayçılar kənd sakini Elmir Əhmədovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng və 9 ədəd patron, İsmayıllı RPŞ əməkdaşları tərəfindən Hacıhətəmli kənd sakini Səttarxan Beybutovdan müvafiq sənədləri olmayan, nömrəsi silinmiş “TOZ-16” markalı tüfəng götürülüb.BAKU.WS
Oxşar xəbərlər
Sabirabadda qanunsuz saxlanılan silahlar və çətənə kolları aşkarlandı
Sabirabad Rayon Polis Şöbəsinə Yenikənd kəndi ərazisindəki həyətyanı sahələrdən birində narkotik tərkibli bitkilərin yetişdirilməsi barədə əməliyyat məlumatı da...