DTX Qəbələdə əməliyyat keçirib
03
fev
2017
14:43
Dövlət Təhlükəsizlyi Nazirliyi (DTX) və polis Qəbələdə birgə əməliyyat keçirib.
Daxili İşlər Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, DTX-nin Qəbələ rayon şöbəsi və Qəbələ Rayon Polis Şöbəsi əməkdaşları rayonun Bum qəsəbə sakinləri - Gülçöhrə Əliyeva, Mahir Musayev və Əfqan Aslanovun yaşadıqları evlərdə axtarış aparıb.
Axtarış zamanı çoxsaylı dini təyinatlı kitab, CD və DVD, yaddaş kartı, jurnal, qeydiyyat dəftəri, bir ədəd kustar üsulla hazırlanmış tüfəng, 12 ədəd patron və bir ədəd bıçaq aşkar edilərək götürülüb.
Oxşar xəbərlər
Polis Nardaranda xüsusi əməliyat keçirdi: İki nəfər həbs olundu - FOTO
Vətəndaşlarımızın hüquq və azadlıqlarının, habelə qanuni mənafelərinin müdafiəsi, əllərdə qanunsuz saxlanılan odlu silah-sursatın, partlayıcı maddə və qurğuları...