SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Boğaziçi körpüsünə çıxaraq intihara cəhd edən bir nəfəri xilas edib. 
 
BAKU.WS-in məlumatına görə, namazdan sonra Beşiktaşdakı "Mabeyn Köşkü"nə doğru yola çıxan prezident yolda bir nəfərin intihar etdiyini görərək maşını saxladıb. Mühafizəçilər dərhal intihar etmək istəyən şəxsin yanına gediblər. 
 
Bu zaman avtomobilinin şüşəsini açan Ərdoğan körpüdə intihar etmək istəyən vətəndaşı yanına çağırıb. İntihar cəhdindən imtina edən vətəndaş Ərdoğanın yanına gedib. Ərdoğanın əlini öpən vətəndaş prezidentlə bir müddət danışıb.

Həmin hadisədən görüntüləri təqdim edirik: 
 
BAKU.WS