Bu il ərzində 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib
Cari ilin geridə qalan dövründə 500-dən artıq hərbçi dövlət hesabına mənzillərlə təmin edilib.
BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi və nazirliyin Mənzil Komissiyasının sədri Elçin Əliyev deyib.
O qeyd edib ki, hər il Maliyyə Nazirliyi tərəfindən bununla bağlı vəsait ayrılır. Bu il də həmin vəsait hesabına Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) 500-dən artıq ev alınıb.
"Bu gün Sumqayıt şəhərində bu mərhələdə ümumilikdə 59 mənzil təqdim olunub. Həmin mənzillər bir və dörd otaqlıdır. Ümumilikdə bu il ərzində bir və dörd otaqlı olmaqla, 500-dən çox mənzil hərbi qulluqçulara təhvil verilib", - o bildirib.
Oxşar xəbərlər
Həcc ziyarəti üçün sənəd qəbulunun son tarixi açıqlanıb
Həcc ziyarətinə getmək istəyən şəxslər üçün sənəd qəbulu müddətinin başa çatacağı tarix açıqlanıb. BAKU.WS-in məlumatına görə, bu barədə QMİ-nin Xarici Əlaqələr...