Bərdədə çayda batan Əlinin FOTOSU

Bərdədə çayda batan Əlinin FOTOSU
Hadisə 403

Xəbər verdiyimiz kimi, Ağdam rayon sakini 2010-cu il təvəllüdlü Əli Fərəcov Bərdədə çayda boğularaq ölüb.

BAKU.WS "qafqazinfo"ya istinadən xəbər verir ki, Ə. Fərəcov Tərtər çayının sahilinə yaxın olan şadlıq saraylarından birində təşkil edilən toya gedibmiş.

 Onun fotosunu təqdim edirik:

*** 18:40

Bərdədə çayda boğulan 15 yaşlı yeniyetmənin meyiti tapılıb.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Qeyd olunub ki, Nazirliyin "112" qaynar telefon xəttinə Tərtər çayının Bərdə şəhərindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar əraziyə cəlb olunan FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən çayda batmış 2010-cu il təvəllüdlü Əli Bəxtiyar oğlu Fərəcovun cəsədi suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

*** 17:06

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.

BAKU.WS report-a istinadən xəbər verir ki,  hadisə şahidlərinin sözlərinə görə, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli Fərəcov Tərtər çayının Bərdə şəhəri ərazisindən keçən hissəsində boğulub.

Hələ ki onun hansı şəraitdə çaya düşdüyü məlum deyil.

İlkin məlumata görə, Ə.Fərəcov Tərtər çayının sahilinə yaxın şadlıq saraylarından birində toyda olub.

Oxşar xəbərlər

Son xəbərlər